“Bayraktar” TB3 CİRİT lazerlə idarə olunan raketi ilə hədəfi dəqiq vurub

2026/04/1776078852.jpg
Oxunub: 263     14:46     17 İyun 2026    
“Baykar” şirkəti tərəfindən hazırlanan “Bayraktar” TB3 pilotsuz uçuş aparatı sınaq fəaliyyətlərini uğurla davam etdirir.

Ordu.az xəbər verir ki, platformanın ROKETSAN tərəfindən istehsal edilən CİRİT lazerlə idarə olunan raketi ilə həyata keçirilən atış sınağı uğurla başa çatıb.

Uğurlu sınaqdan sonra Selçuk Bayraktar sosial şəbəkə hesabında paylaşım edərək “Bayraktar” TB3-ün CİRİT lazerlə idarə olunan raketlə aparılan atış zamanı hədəfi tam dəqiqliklə vurduğunu bildirib.

Türkiyə Müdafiə Sənayesi Komitəsi də məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada vurğulanıb ki, müdafiə sənayesi ekosisteminin milli imkanlarına daha bir uğurlu qabiliyyət əlavə olunub.

Komitənin məlumatında qeyd olunub ki, “Bayraktar” TB3 ilə ROKETSAN istehsalı olan CİRİT lazerlə idarə olunan raketin inteqrasiyası nəticəsində həyata keçirilən sınaq zamanı hədəf tam dəqiqliklə məhv edilib.

“Milli müdafiə sənayemizin imkanlarına daha bir uğur əlavə olundu. “Bayraktar” TB3 ilə ROKETSAN-ın CİRİT lazerlə idarə olunan raketinin inteqrasiyası nəticəsində həyata keçirilən atış sınağında hədəf tam dəqiqliklə vuruldu. Bu uğurda əməyi olan BAYKAR və ROKETSAN başda olmaqla bütün mühəndisləri, texniki mütəxəssisləri və layihə komandalarını təbrik edirik”, - deyə açıqlamada bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar   TB3   CİRİT  


Bizi "telegram"da izləyin