Nazir: "Regionda sülhün bərqərar olması iqtisadi şaxələndirməyə mühüm təsir göstərib"

2026/06/Ekran-1781693090.jpg
Oxunub: 144     14:32     17 İyun 2026    
Son illərdə ölkənin iqtisadi şaxələndirilməsi istiqamətində əldə olunan nəticələrə təsir edən əsas amillərdən biri regionda sülhün bərqərar olmasıdır.

Ordu.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində "Azərbaycan ev sahibi və əlaqələndirici kimi: yaşıl transformasiya, regional inteqrasiya və strateji tərəfdaşlıq" mövzusunda Müdirlər Şurasının sədri ilə dialoq sessiyasında deyib.

Onun sözlərinə görə, keçmiş SSRİ məkanında, xüsusilə Cənubi Qafqazda münaqişələrin sona çatması ilk dəfə olaraq regionun sabit inkişafı üçün əlverişli şərait yaradıb: "Ərazi bütövlüyünün təmin olunması təkcə siyasi deyil, həm də iqtisadi siyasət baxımından proqnozlaşdırıla bilən və sabit mühit formalaşdırıb".

Nazir əlavə edib ki, Azərbaycanda dövlət və özəl sektoru əhatə edən institusional ekosistem son illərdə əhəmiyyətli dərəcədə inkişaf edib: "Söhbət yalnız dövlət qurumlarından deyil, məhkəmə sistemi, bank sektoru, biznes assosiasiyaları və digər institutlardan gedir. Bu gün Azərbaycan iqtisadiyyatı daha yetkin və mürəkkəb layihələri həyata keçirməyə hazır institusional mühitə malikdir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nazir   Region   Sülh  


Bizi "telegram"da izləyin