Fransanın silahlı qüvvələr üzrə səlahiyyətli naziri Ermənistan stendini ziyarət edib

2026/06/1781686003.jpg
Oxunub: 246     12:47     17 İyun 2026    
Fransanın silahlı qüvvələr və veteranlarla iş üzrə səlahiyyətli naziri Alis Rufo “Eurosatory 2026” beynəlxalq müdafiə texnologiyaları sərgisi çərçivəsində Ermənistanın stendini ziyarət edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Hayrapetyan sosial şəbəkə hesabında paylaşım edib.

Erməni nazirin sözlərinə görə, Alis Rufo Ermənistan hərbi-sənaye şirkətlərinin təqdim etdiyi məhsullarla, eləcə də ölkənin istehsal və elmi-tədqiqat potensialı ilə tanış olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ermənistan  


Bizi "telegram"da izləyin