Stokholm Arbitraj Tribunalı Karapetyanların işi üzrə Ermənistan hökumətinin vəsatətini təmin edib

2026/06/1781698914.jpg
Oxunub: 147     16:16     17 İyun 2026    
Stokholm Arbitraj Tribunalı 2026-cı il iyunun 16-da qəbul etdiyi qərarla “Liormand Holdings Limited” şirkəti və Karapetyanların Ermənistana qarşı qaldırdığı arbitraj işi üzrə Ermənistan hökumətinin icraatın bölünməsi barədə vəsatətini tam şəkildə təmin edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Məlumata görə, Ermənistan tərəfi arbitraj tribunalının sözügedən işə baxmaq səlahiyyətinin olmadığını əsaslandıran arqumentlər təqdim edib. Beynəlxalq tribunal hökumətin irəli sürdüyü bütün arqumentlərin ilkin mərhələdə ayrıca araşdırılmasına kifayət qədər əsas görüb.

Ermənistanın əsas arqumentlərindən biri Karapetyanların müvafiq beynəlxalq sazişdə nəzərdə tutulan “investor” anlayışının tələblərinə cavab verməməsi, həmçinin həmin sazişin 9(2)-ci maddəsinin tələblərini pozması ilə bağlıdır.

Qeyd olunur ki, bu qərar beynəlxalq tribunalın yurisdiksiya məsələlərini daha erkən mərhələdə araşdırmasına və nəticədə Ermənistana qarşı irəli sürülən bütün iddiaların tamamilə rədd edilməsinə imkan yarada bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Karapetyan   Ermənistan  


Bizi "telegram"da izləyin