Hillari Klinton: “Baydenin ikinci müddətə namizəd olması dəhşətli səhv idi”

2026/06/1781699268.jpg
Oxunub: 172     16:24     17 İyun 2026    
“ABŞ-nin keçmiş prezidenti Co Baydenin ikinci müddətə yenidən seçilmək üçün namizədliyini irəli sürməsi ciddi səhv olub”.

Ordu.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton bildirib.

“The Guardian” qəzetinin yazdığına görə, Klinton bu fikirləri Nyu-Yorkda keçirilən tədbirdə səsləndirib.

“Bu, həm onun özü, həm siyasi irsi, həm də ölkə üçün dəhşətli səhv idi”, - deyə Klinton vurğulayıb.

Onun sözlərinə görə, Baydenin ilk prezidentlik müddətindən sonra siyasətdən gedəcəyi ilə bağlı verdiyi vəddən geri çəkilməsi ağır nəticələrə səbəb olub.

Klinton hesab edir ki, Bayden vaxtında namizədlikdən imtina etsəydi, Demokratlar Partiyası daha güclü namizəd müəyyənləşdirə bilərdi.

“İnanıram ki, həmin yarışda kim qalib gəlsəydi, vitse-prezident, qubernator, senator və ya başqa bir şəxs qalib gəlsəydi, Donald Trampı məğlub edə bilərdi”, - deyə siyasətçi bildirib.

Xatırladaq ki, Bayden 2024-cü ilin iyulunda Donald Trampla uğursuz debatdan sonra prezident seçkilərində iştirakdan imtina etmişdi. Bundan sonra Demokratlar Partiyası tərəfindən keçmiş vitse-prezident Kamala Harris namizəd göstərilsə də, o, Respublikaçılar Partiyasının namizədi Donald Trampa qalib gələ bilməmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Klinton   Bayden  


Bizi "telegram"da izləyin