İrakli Kobaxidze: "Gürcüstanda 1 835 nəfər müharibə zamanı itkin düşmüş şəxs kimi qeydiyyatdadır"

2026/05/1779988809.jpg
Oxunub: 134     14:24     17 İyun 2026    
Gürcüstanda 1 835 nəfər müharibə zamanı itkin düşmüş şəxs kimi qeydiyyatdadır.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) bu ölkədəki nümayəndəliyinin yeni rəhbəri Coanna Bartonla görüşə bildirib.

"Gürcüstanda indiyədək müharibə zamanı 334 itkin düşmüş şəxsin qalıqları müəyyən edilib. Bununla yanaşı, 1 835 nəfər hələ də itkin düşmüş hesab olunur", - o qeyd edib.

İ.Kobaxidze vurğulayıb ki, Gürcüstan hökuməti bu istiqamətdə Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlığı davam etdirmək niyyətindədir:

"Eyni zamanda, BQXK itkin düşmüş şəxslərin axtarışı və onların ailələrinə dəstək göstərilməsi istiqamətində mühüm rol oynayır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kobaxidze   Gürcüstan  


Bizi "telegram"da izləyin