Erməni arxiyepiskopun işi üzrə məhkəmə iclası davam edir

2026/06/1781699363.jpg
Oxunub: 172     16:27     17 İyun 2026    
Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikayel Acapahyanla bağlı hökmə qarşı verilmiş apellyasiya şikayətlərinə baxılması davam edir.

Ordu.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, işə Ermənistan Apellyasiya Cinayət Məhkəməsində baxılır.

Məlumata görə, həm müdafiə, həm də ittiham tərəfi məhkəmə qərarından şikayət verib.

Müdafiə tərəfi birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, din xadiminin təqsirsiz hesab olunaraq bəraət almasını tələb edir.

İttiham tərəfi isə hökmün qismən ləğv edilməsini və Acapahyanın 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyir.

Xatırladaq ki, Ermənistan Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri hakimiyyətin zorla ələ keçirilməsinə, ölkənin ərazi bütövlüyünün pozulmasına, suverenlikdən imtinaya və ya konstitusiya quruluşunun devrilməsinə yönəlmiş ictimai çağırışlar etməkdə ittiham olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Acapahyan  


Bizi "telegram"da izləyin