Ordu.az xəbər verir ki, Mark Karni bu barədə CNN telekanalına müsahibəsində danışıb.
Baş nazir əldə olunmuş razılaşmanı şərh edərkən bildirib ki, sənədin mətni ilə tanış olub və onu atəşkəsin təmin edilməsi üçün effektiv və real mexanizm hesab edir.
“Mən sazişi görmüşəm. Bizim də sizinlə eyni mənbələrimiz var. Bu, faktiki olaraq artıq işlək vəziyyətdə olan bir razılaşma üçün kifayət qədər məntiqli həcmə malik sənəddir. Bu, hərbi əməliyyatların dayandırılması deməkdir. Bildiyiniz kimi, bu, 60 günlük müddət üçün atəşkəs rejimidir. Lakin sənəd bir sıra şərtləri müəyyənləşdirir və həmin şərtlər yerinə yetirildikdən sonra nələrin baş verəcəyini aydın şəkildə izah edir. Hesab edirəm ki, bu, təkcə mövcud vəziyyət üçün deyil, ümumilikdə oyunun qaydalarını dəyişir. Çünki ən azı bu məsələnin kəskin mərhələdən çıxarılmasına imkan yaradır. Eyni zamanda görüşlər zamanı müzakirə olunduğu kimi, bizə bir addım geri çəkilib Ukraynadakı vəziyyətə yeni baxışla yanaşmaq imkanı verir”, - deyə Karni bildirib.
Onun sözlərinə görə, saziş ətrafında formalaşan hazırkı dinamika Qərb ölkələrinin strateji prioritetlərinə yenidən baxılması üçün yeni imkanlar yaradır və gələcək diplomatik proseslərə təsir göstərə bilər.
Sevinc Əliyeva
Ordu.az