“İravunk”: Paşinyanın partiyası hansı “sürpriz”i hazırlayıb?

2026/06/1781671634.jpg
Oxunub: 150     08:43     17 İyun 2026    
“Vətəndaş Müqaviləsi” partiyasındakı mənbələrin sözlərinə görə, mövcud mandatlarla konstitusion çoxluğa malik olmamaları onları qətiyyən narahat etmir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

Nəşrin məlumatına görə, hakim Vətəndaş Müqaviləsi partiyasının nümayəndələri özəl söhbətlər zamanı parlamentdə konstitusion çoxluğa sahib olmamaları ilə bağlı narahatlıq keçirmədiklərini bildirirlər.

Qeyd olunur ki, partiya daxilində müxalifətin yaxın vaxtlarda müxtəlif gözlənilməz vəziyyətlərlə üzləşəcəyi düşünülür. Mənbələrin iddiasına görə, hakimiyyət nümayəndələri müxalifət düşərgəsində özlərinə məlumat ötürən çoxsaylı şəxslərin olduğunu hesab edirlər.

“Bunu hələ görəcəyik. Müxalifət hələ başına nə gələcəyini bilmir. Onların komandasında nə qədər çox qulağımızın olduğunu təsəvvür etmirlər. Qoy ilk bir-iki iclasa qədər əziyyət çəksinlər”, - deyə “Vətəndaş Müqaviləsi” partiyasının nümayəndələrinin özəl söhbətlərdə əminliklə bu məzmunda danışdıqları bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin