Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.
Nəşrin məlumatına görə, yeni hökumət formalaşdırıldıqdan sonra bir neçə bölgə rəhbərinin vəzifədən çıxarılması planlaşdırılır.
Qeyd olunur ki, vəzifədən uzaqlaşdırılması gözlənilən şəxslər siyahısında ilk yerlərdə Şirak və Araqatsotn vilayətlərinin rəisləri yer alırlar.
“Hakim “Vətəndaş Müqaviləsi” partiyasının fəalları tərəfindən ən çox narazılıq məhz həmin bölgə rəhbərləri ilə bağlı səsləndirilir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az