Ermənistan KİV-i: Dövlət işçiləri dinlənilir, MTX-də kimin xeyrinə səs verildiyini bilirlər

2026/06/1781671854.jpg
Oxunub: 281     08:48     17 İyun 2026    
“Dövlət qurumlarından birinin əməkdaşı bildirib ki, seçkilərdən sonra onların birbaşa rəhbəri iclas keçirərək işçilərə Milli Təhlükəsizlik Xidmətinin telefon danışıqlarını dinlədiyini və hər kəsin hansı siyasi qüvvəyə səs verdiyini bildiyini deyib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, dövlət qurumlarından birində çalışan əməkdaşlardan biri redaksiyaya bildirib ki, seçkilərdən sonra onların bilavasitə rəhbəri kollektiv yığıncaq keçirib və işçilərə xəbərdarlıq edib ki, Milli Təhlükəsizlik Xidməti onların telefon danışıqlarını dinləyib. İddia olunur ki, rəhbərlik hər bir əməkdaşın hansı siyasi qüvvəyə səs verdiyi barədə məlumatlı olduqlarını bəyan edib.

“Həmin rəhbər işçilərə bildirib ki, müxalifətə rəğbət bəsləyən və baş nazir Nikol Paşinyanı tənqid edən şəxslər dövlət sistemindən uzaqlaşdırılacaqlar. Həmsöhbətimizin sözlərinə görə, bəzi əməkdaşlar buna etiraz edərək onların hansı hüquqla dinlənildiyini soruşublar. Bundan sonra isə ən fəal etiraz edən və müxalif baxışlara malik olduğu deyilən əməkdaşa yazılı töhmət verilib”, - deyə nəşr bildirib.

Vurğulanır ki, hadisə dövlət qurumlarında siyasi baxışlara görə mümkün təzyiqlərlə bağlı yeni müzakirələrə səbəb olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki   MTX  


Bizi "telegram"da izləyin