“Sərhəd təhlükəsizliyi və insan hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilib - FOTOLAR

2026/06/photo-5345040270.jpg
Oxunub: 208     11:07     17 İyun 2026    
Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə birgə “Sərhəd təhlükəsizliyi və insan hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Bu barədə Ordu.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.


Tədbirdə çıxış edən Ombudsman Aparatının Hüquqi maarifləndirmə şöbəsinin müdiri, dövlət qulluğunun müşaviri Müqalib Mahmudov insan hüquqlarının müdafiəsi sahəsində milli qanunvericiliyin tələbləri, beynəlxalq hüquq normaları, sərhəd nəzarəti zamanı vətəndaşların hüquqlarının təmin olunması, habelə hüquqi maarifləndirmə tədbirlərinin əhəmiyyəti barədə ətraflı məlumat verib.

Daha sonra insan hüquqlarının müdafiəsi, hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi və sərhəd nəzarəti fəaliyyətində insan hüquq və azadlıqlarının təmin edilməsinin əhəmiyyətindən danışılıb.


Çıxışlarda belə görüşlərin şəxsi heyətin hüquqi biliklərinin inkişafında mühüm rol oynadığı, dövlət tərəfindən insan hüquqlarının qorunmasına xüsusi önəm verildiyi vurğulanıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün keçirilməsində əsas məqsəd hərbi qulluqçular arasında hüquqi maarifləndirmə işinin gücləndirilməsi, onların hüquq və vəzifələri barədə məlumatlılığın artırılması olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sərhəd   DSX   Tədbir  


Bizi "telegram"da izləyin