İran ABŞ blokadasının dayandırılmasından sonra neft ixracına başlayıb

2026/05/1778995929.jpg
Oxunub: 197     10:45     17 İyun 2026    
İran tanker gəmiləri son iki ay ərzində ilk dəfə olaraq xam neft ixracına başlayıblar.

Ordu.az CNN telekanalına istinadən xəbər verir ki, bu addım Vaşinqton və Tehran arasında əldə olunmuş çərçivə razılaşmasından sonra atılıb.

Həmin razılaşma İran limanlarına qarşı ABŞ blokadasının dayandırılmasını da nəzərdə tutur.

Dəniz daşımalarının monitorinqi ilə məşğul olan “TankerTrackers” analitik şirkətinin məlumatına görə, İran tanker gəmiləri artıq iki partiya nefti uğurla ixrac edib.

Şirkətin peyk görüntüləri ilə təsdiqlənən məlumatlarında qeyd olunur ki, İran Milli Tanker Şirkətinə məxsus ən azı iki supertanker 3,8 milyon barel xam neft daşıyaraq ABŞ Hərbi Dəniz Qüvvələrinin blokada xəttini keçib.

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, Hörmüz boğazı razılaşdırılmış memorandumun şərtlərinə uyğun olaraq yenidən açılıb.

Lakin daha sonra o, müddətləri dəyişdirərək boğazın memorandumun İsveçrədə rəsmi şəkildə imzalanmasından sonra, yəni cümə günü yenidən açılacağını açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Neft  


Bizi "telegram"da izləyin