Roma Papası ABŞ və İran arasında sülh sazişini dəstəkləyib

2026/06/1781670218.jpg
Oxunub: 180     08:18     17 İyun 2026    
Roma Papası XIV Leo ABŞ ilə İran arasında Yaxın Şərqdə regional müharibənin dayandırılmasına dair əldə olunmuş razılaşmanı yüksək qiymətləndirib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Roma Papası çərşənbə axşamı verdiyi açıqlamada ABŞ və İranın cümə günü razılaşmanı rəsmi şəkildə təsdiqləmək niyyətində olmasını alqışlayaraq buna görə “Tanrıya şükür etdiyini” bildirib.

Pontifik ümid etdiyini vurğulayıb ki, sözügedən saziş münaqişəyə birdəfəlik son qoyacaq.

“Hələ də həllini gözləyən bir sıra məsələlər qalır, lakin bunları dialoq və danışıqlar yolu ilə həll etmək müharibəyə qayıtmaqdan daha yaxşıdır”, - deyə Roma Papası İtaliyanın Kastel Qandolfo şəhərində yerləşən iqamətgahının yaxınlığında jurnalistlərə bildirib.

O əlavə edib: “Ümid edirəm ki, bu, həqiqətən də müharibə probleminin həllidir, müharibə doğrudan da başa çatıb və biz irəliyə doğru hərəkət edə bilərik”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Roma-Papası  


Bizi "telegram"da izləyin