Çinin xarici işlər naziri: “BMT mühüm beynəlxalq təşkilat olaraq qalır”

2024/02/1708144638.jpg
Oxunub: 170     10:51     17 İyun 2026    
Birləşmiş Millətlər Təşkilatı bu gün də mühüm beynəlxalq qurum olaraq qalır, lakin onun nüfuzu və rolu lazımi səviyyədə qiymətləndirilmir.

Ordu.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ mətbuat konfransında bildirib.

“Bu gün çoxtərəflilik zəifləyirmiş kimi görünürsə, bu, BMT-nin əhəmiyyətini itirməsi ilə bağlı deyil. Problem ondadır ki, onun nüfuzu və rolu lazımi səviyyədə hörmət görmür və həyata keçirilmir”, - deyə Van İ vurğulayıb.

Nazirin sözlərinə görə, bu gün “cəngəllik qanunlarına” qayıdış təhlükəsi BMT Nizamnaməsinin köhnəlməsi ilə bağlı deyil.

“Bu təhlükə onun lazımi qaydada qorunmaması və müdafiə olunmaması ilə əlaqədardır”, - deyə o bildirib.

Van İ qeyd edib ki, BMT-nin aparıcı roluna fəal şəkildə dəstək vermək, təşkilatın platformasında qlobal konsensus formalaşdırmaq, dövlətlərin fəaliyyətini əlaqələndirmək və mövcud çağırışlara birgə cavab vermək vacibdir.

Onun sözlərinə görə, bu yanaşma qlobal idarəetmədə mövcud boşluqların mərhələli şəkildə aradan qaldırılmasına kömək edə bilər.

Çinli diplomat həmçinin BMT-də islahatların sürətləndirilməsinin, Qlobal Cənub ölkələrinin təmsilçiliyinin və səs hüququnun gücləndirilməsinin vacibliyini vurğulayıb.

Van İ əlavə edib ki, təşkilata daim yeni nəfəs verilməli və onun fəaliyyətinin effektivliyi artırılmalıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   BMT  


Bizi "telegram"da izləyin