Erməni politoloq: “Paşinyan Zəngəzuru ABŞ-yə TRIPP proqramı ilə təhvil verib”

2026/06/1781680997.jpg
Oxunub: 191     11:19     17 İyun 2026    
“Ermənistan ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayır”. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “X” sosial şəbəkəsində paylaşım edib”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants sosial şəbəkədəki paylaşımında yazıb.

Surenyants iddia edib ki, Nikol Paşinyan TRIPP (Zəngəzur dəhlizi-red.) proqramı çərçivəsində Zəngəzuru ABŞ-yə təhvil verib və bununla da Amerika hərbçilərinin Araz çayı və İran-Ermənistan sərhədi istiqamətinə gəlməsinə şərait yaradır.

Erməni politoloqun sözlərinə görə, bu addım Ermənistan-İran münasibətlərinin zəifləməsinə səbəb olacaq. O xatırladıb ki, İran dəfələrlə Zəngəzur dəhlizinə qarşı olduğunu bəyan edib.

“Paşinyan komandası hakimiyyətdə qalmaq və maliyyə maraqları naminə seçkiləri saxtalaşdırıb. Qərb bu seçkiləri Ermənistan-Rusiya və Ermənistan-İran münasibətlərinin zəiflədilməsi şərti ilə tanıyıb.

“Vətəndaş Müqaviləsi” partiyası Ermənistanı Rusiya və İrana qarşı yönəlmiş qərbyönümlü platformaya çevirir. Bunun nəticələri ağır olacaq və yaxın vaxtlarda Ermənistan vətəndaşları, o cümlədən Paşinyanın komandasına səs vermiş şəxslər də bunu hiss edəcəklər. Ermənistanı mövcud vəziyyətdən yalnız müxalifət xilas edə bilər”, - deyə Surenyants qeyd edib.

O, ümummilli mübarizənin başlanmasını və deputat mandatlarından imtina edilməsini yeganə çıxış yolu kimi qiymətləndirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Surenyants   Zəngəzur   ABŞ  


Bizi "telegram"da izləyin