Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrin məlumatına görə, rəsmi səviyyədə bu mövzu ilə bağlı hələlik heç bir açıqlama verilməsə də, hakimiyyət kulislərində Kremlin göndərdiyi siqnallar diqqətlə izlənilir. Bildirilir ki, məsələ yalnız seçkilərlə məhdudlaşmır. Dəvətin olub-olmaması həm də Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyətinin bir göstəricisi kimi qiymətləndirilə bilər.
“2021-ci ildə keçirilən Dövlət Duması seçkiləri zamanı Ermənistan nümayəndə heyəti müşahidə missiyası qismində prosesdə iştirak edib və faktiki olaraq seçki prosesinin beynəlxalq qiymətləndirilməsi çərçivəsinə daxil olub. Həmin dövrdə Ermənistan-Rusiya münasibətlərində problemlər mövcud olsa da, münasibətlər indiki gərginlik səviyyəsinə çatmamışdı”, - deyə müəllif bildirib.
Nəşr qeyd edir ki, hazırda vəziyyət fərqlidir. İrəvan və Moskva arasında siyasi fikir ayrılıqları, KTMT ətrafında baş verən proseslər, eləcə də ikitərəfli münasibətlərdə müşahidə olunan soyuqluq hətta bu cür protokol xarakterli dəvətlərə də yeni məna qazandırır.
Vurğulanır ki, dəvət göndərilərsə, bu, dialoqun davam etdirilməsi istiqamətində bir siqnal kimi qəbul oluna bilər. Əks halda isə bunun sadəcə texniki qərar kimi qiymətləndirilməsi çətin görünür.
“Son illərdə Ermənistan hakimiyyəti demokratik dəyərlər və seçki proseslərinin beynəlxalq standartları barədə tez-tez danışsa da, bu dəfə də Rusiyada keçiriləcək seçkilərin müşahidəsində iştirak etməyə hazır görünür. Halbuki çoxsaylı beynəlxalq təşkilatlar uzun illərdir Rusiyada siyasi rəqabət, müxalifətin fəaliyyəti və seçki proseslərinin şəffaflığı ilə bağlı suallar qaldırırlar.
Beləliklə, sentyabrın 20-dək İrəvanda yalnız seçki gününü deyil, ilk növbədə Moskvadan gələcək mümkün dəvəti gözləyirlər. Həmin dəvət məzmunundan asılı olmayaraq Ermənistan-Rusiya münasibətlərində növbəti siyasi mesajlardan birinə çevrilə bilər”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az