İspaniya və Venesuelanın ən böyük neft-qaz şirkətləri əməkdaşlıq barədə razılığa gəlib

2026/06/1781665769.jpg
Oxunub: 184     04:20     17 İyun 2026    
Venesuelanın milli neft-qaz korporasiyası "Petróleos de Venezuela S. A." (PDVSA) və İspaniyanın "Repsol" enerji şirkəti qarşılıqlı anlaşma memorandumu bağlayıb.

Ordu.az xəbər verir ki, "Venezolana de Television" telekanalının efirində yayımlanan imzalama mərasimində Bolivar Respublikasının Prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriqes iştirak edib.

Onun sözlərinə görə, PDVSA və "Repsol" Karbohidrogenlər Nazirliyinin dəstəyi ilə qarşılıqlı fəaliyyətin müxtəlif istiqamətlərinin işlənməsini davam etdirir və 2050-ci ilə qədər olan dövr üçün birgə enerji gündəliyini formalaşdırırlar. O həmçinin neft sahəsində tərəfdaşlığın dərinləşdirilməsinə görə İspaniya korporasiyasının rəhbərliyinə təşəkkür edib.

"Enerji təchizatını təmin etmək məqsədilə Miraflores sarayında karbohidrogenlər və elektroenergetika sahəsində imzaladığımız hər bir razılaşma Venesuela xalqının maraqlarına xidmət edir", - Rodriqes bildirib.

Daha əvvəl Venesuela Amerikanın "General Electric" korporasiyası ilə ölkənin elektroenergetika infrastrukturunun bərpasına yönəlmiş qarşılıqlı anlaşma memorandumu bağlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   Venesuela  


Bizi "telegram"da izləyin