Delaver ştatında xəstəxanada atışma olub, bir nəfər ölüb

2024/05/1717132874.jpg
Oxunub: 212     07:39     17 İyun 2026    
ABŞ-nin Delaver ştatındakı Uilminqton xəstəxanasında baş verən atışma nəticəsində azı bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə polisə istinadən "ABC News" telekanalı məlumat yayıb.

İlkin məlumata görə, xəstəxana əməkdaşı iki həmkarına atəş açıb. Polisdən bildirilib ki, hadisə "məqsədyönlü xarakter daşıyıb və tək bir hal olub". Uilminqton polisinin rəisi Vilfredo Kampos zərərçəkənlərdən birinin öldüyünü təsdiqləyib. İkinci yaralının vəziyyəti barədə məlumat açıqlanmayıb.

Polis 23 yaşlı şübhəlini Uilminqtondan təxminən 65 kilometr şimal-şərqdə yerləşən Filadelfiyada saxlayıb.

Faktla bağlı araşdırma davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Delaver   ABŞ  


Bizi "telegram"da izləyin