Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına əsasən, siyahıya Kanadanın 103 vətəndaşı daxil edilib və bundan sonra onların Rusiya ərazisinə daxil olması daimi əsasda qadağan olunur.
Məhdudiyyətlər Kanada siyasi və dövlət sisteminin müxtəlif səviyyələrində təmsil olunan şəxsləri əhatə edir.
Siyahıya aşağıdakılar daxildir:
- senatorlar və parlamentin yuxarı palatasının üzvləri,
- İcmalar Palatasının deputatları, o cümlədən fəaliyyətdə olan nazirlər və dövlət qurumlarının rəhbərləri,
- dövlət katibləri və parlament katibləri,
- həmçinin keçmiş diplomatlar və müxtəlif təşkilatların rəhbərləri də daxil olmaqla bir sıra siyasi və ictimai xadimlər.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, bu tədbirlər Kanadanın sanksiya siyasətinə cavab olaraq həyata keçirilib və qeyri-müəyyən müddət ərzində qüvvədə qalacaq.
Sevinc Əliyeva
Ordu.az