“İravunk”: Paşinyan müxalifətin mandatlardan imtina etməsi üçün hər şeyi edəcəyinə əmindir

2026/06/1781669937.jpg
Oxunub: 251     08:13     17 İyun 2026    
“Nikol Paşinyan komanda yoldaşlarını əmin edib ki, müxalifət heç nəyə nail ola bilməyəcək. Üstəlik, o, müxalifət nümayəndələrinin mandatlardan imtina etməsi üçün əlindən gələni edəcək”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

Nəşrin məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan hakim Vətəndaş Müqaviləsi partiyasının üzvləri ilə görüş zamanı müxalifətin planlarının nəticə verməyəcəyini bildirib və hakimiyyətin mövqeyinin kifayət qədər güclü olduğunu vurğulayıb.

Qeyd olunur ki, Paşinyan komanda yoldaşlarına müxalif qüvvələrin məqsədlərinə çata bilməyəcəyini deyərək onları səbirli olmağa çağırıb. Nəşrin iddiasına görə, baş nazir müxalifət nümayəndələrinin mandatlardan imtina etməsinə nail olmaq üçün bütün mümkün vasitələrdən istifadə ediləcəyini bildirib.

“Qanun da bizim əlimizdədir, qanunu dəyişmək də. Onlar yeni parlament formalaşana qədər gərək sızıldasınlar. Ona görə də siz səbirli olun”, - deyə “Vətəndaş Müqaviləsi” partiyasının liderinin təxminən bu məzmunda danışdığı bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin