Fransa və Ukrayna müdafiə innovasiyası sahəsində əməkdaşlıq haqqında müqavilə imzalayıblar

2025/01/1736357946.jpg
Oxunub: 174     00:16     17 İyun 2026    
Fransa hökumətinin Müdafiə İnnovasiyası Agentliyi (AID) və Ukraynanın "Breyv Uan" (Brave1) müdafiə innovasiya mərkəzi əməkdaşlıq müqaviləsi imzalayıblar.

Ordu.az xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edib ki, imzalanma mərasimi Paris bölgəsində keçirilən "Eurosatory 2026" beynəlxalq quru silahları sərgisi çərçivəsində baş tutub.

"Tərəfdaşlıq sazişi Ukrayna və Fransa silahlı qüvvələrinin maraqları naminə birgə innovativ texnoloji həllərin təşviqi və hazırlanmasına yönəlib", - deyə açıqlamada bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Fransa  


Bizi "telegram"da izləyin