Ermənistan KİV-i: “Qaliblər” matəm ab-havasındadır

2026/06/1781680883.jpg
Oxunub: 195     11:12     17 İyun 2026    
“İyunun 7-də keçirilən seçkilərdən sonra ötən gün parlamentin ilk iclası baş tutub”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, iclasda Nikol Paşinyan da iştirak edib.

“Lakin parlament zalı matəm məclisini xatırladıb. “Vətəndaş Müqaviləsi” partiyasının deputatları və ötən ilin büdcəsinin icrasının müzakirəsinə qatılan hökumət üzvləri olduqca tutqun və narahat görünürdülər

Seçkilərdə qalib gələn hakimiyyət nümayəndələri qələbə qazanmış tərəf təsiri bağışlamayıblar. Onlar ruhdan düşmüş və həvəssiz görünürdülər”, - deyə nəşr ildirib.

Qəzetin hakimiyyət dairələrindəki mənbələri etiraf ediblər ki, bu qədər səy göstərmələrinə və böyük resurslar sərf etmələrinə baxmayaraq, səslərin 50 faizdən çoxunu toplaya bilməmələri onlar üçün gözlənilməz olub.

Bildirilir ki, hakimiyyət nümayəndələri Rusiyanın bundan sonrakı davranışından da ciddi şəkildə narahatdırlar. Mənbələrin sözlərinə görə, Rusiya iyunun 7-də keçirilmiş seçkilərin nəticələrini tanımayıb, bununla yanaşı sərt bəyanatlar verir və Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edir.

“Hakimiyyət dairələrində yaxın vaxtlarda qazın qiymətinin də artırılacağı barədə danışılır. Alternativlərin olmaması şəraitində Rusiyanın tətbiq etdiyi sanksiyalar hakimiyyət üçün ciddi nəticələr yarada bilər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin