G7 liderləri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin tərəfdarı olublar

2025/09/1757735871.jpg
Oxunub: 190     08:16     17 İyun 2026    
“Böyük Yeddilik” ölkələrinin liderləri Fransada keçirilən sammitdə Ukraynaya dəstəyi davam etdirmək və Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək barədə razılığa gəliblər.

Ordu.az xəbər verir ki, bu barədə G7-nin Fransanın Evian-le-Ben şəhərində keçirilən görüşünün yekunlarına dair geosiyasi məsələlər üzrə bəyanatında bildirilib.

“Biz Rusiyanın hərbi iqtisadiyyatına təzyiqi gücləndirmək öhdəliyi götürürük. Bu çərçivədə neft və qaz sektorları da daxil olmaqla sanksiyalarımızı sərtləşdirəcəyik”, - deyə bəyanatda qeyd olunub.

Bildirilib ki, hazırda Rusiyaya qarşı əlavə tədbirlərin görülməsi üçün əlverişli məqam yaranıb. Sənəddə vurğulanıb ki, “Prezident Tramp Hörmüz boğazının açılması ilə bağlı razılıq əldə edib və biz bunu dəstəkləyirik”.

Eyni zamanda, G7 liderləri Ukraynaya “sarsılmaz dəstək” göstərməyə davam edəcəklərini bəyan ediblər.

“Biz əlavə hava hücumundan müdafiə vasitələrinin, əlavə sistemlərin və raket tutucularının, eləcə də uzaqmənzilli vasitələrin tədarükünün artırılması barədə razılığa gəlmişik”, - deyə “Böyük Yeddilik” nümayəndələri bildiriblər.

Qeyd edək ki, G7 sammiti 2026-cı il iyunun 15-dən 17-dək Fransanın Evian-le-Ben şəhərində keçirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: G7   Rusiya  


Bizi "telegram"da izləyin