Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Financial Times" yazıb.
Məlumata görə, Brüsseldə Ermənistanın ərzaq və kənd təsərrüfatı məhsullarının Avropa İttifaqı (Aİ) ölkələrinə ixracı üzrə tariflərin azaldılmasını nəzərdə tutan avtonom ticarət tədbirləri hazırlayırlar.
Avropa Komissiyasının nümayəndəsi Olof Qill bildirib ki, yeni tədbirlər daha çox Ermənistan müəssisələrinin Aİ bazarlarına çıxış əldə etməsinə imkan verəcək və ölkə iqtisadiyyatının ən çox zərər çəkmiş sektorlarını dəstəkləyəcək.
"İndi aktivləşmək və onları dəstəkləmək, etibarlı tərəfdaş ola biləcəyimizi göstərmək vaxtıdır", - mənbələrdən biri bildirib.
Ordu.az