Şahbuzda tank əleyhinə qumbaraatanın idarəetmə mühərriki aşkarlanıb - VİDEO+FOTO

2026/06/2-3563359826.jpg
Oxunub: 197     10:49     17 İyun 2026    
Şahbuz rayonunda hərbi sursat aşkarlanıb.

Ordu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən rayon ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumat əsasında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri dərhal hadisə yerinə cəlb ediliblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə təhlükəsizlik tədbirləri görüldükdən sonra əraziyə baxış keçirilib. Baxış zamanı aşkar edilən sursatın 1 ədəd “RPQ-7” tipli tank əleyhinə qumbaraatanın idarəetmə mühərriki olduğu müəyyənləşdirilib.

Aşkarlanan sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi məqsədilə götürülərək ərazidən kənarlaşdırılıb.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şahbuz   FHN  


Bizi "telegram"da izləyin