Ukrayna Avropa İttifaqına üzvlüklə bağlı bütün şərtləri yerinə yetirməyə razılaşıb

2026/05/1780117067.jpg
Oxunub: 194     09:15     16 İyun 2026    
Ukrayna Avropa İttifaqına üzvlük üçün həm hazırda qüvvədə olan, həm də gələcəkdə qəbul edilə biləcək bütün şərtləri yerinə yetirməyə hazır olduğunu bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə Lüksemburqda səfərdə olan Ukraynanın Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə Baş nazir müavini Taras Kaçka açıqlama verib.

“European Pravda” nəşrinin məlumatına görə, o, Avropa İttifaqına üzv dövlətlərə Kiyevin üzvlük şərtlərini “bu gün mövcud olduqları formada, həmçinin üzvlüyə qədər baş verəcək dəyişiklikləri nəzərə almaqla” yerinə yetirməyə razı olduğunu təsdiqləyib.

Ukrayna həmçinin danışıqlar prosesinin aralıq və yekun meyarlarına əməl etməyə rəsmi şəkildə razılıq verib.

Beləliklə, Kiyev Avropa İttifaqına üzvlüklə bağlı tammiqyaslı danışıqlar prosesinə başlayıb və iyunun 15-də əsas danışıqlar klasterini açıb. Həmin klaster beş istiqaməti əhatə edir: ədalət mühakiməsi, azadlıq və təhlükəsizlik, fundamental hüquqlar, maliyyə nəzarəti, dövlət satınalmaları və statistika.

Danışıqlar çərçivəsində namizəd ölkə öz qanunvericiliyini Avropa İttifaqının normalarına uyğunlaşdırmalıdır. Bu proses beş klasterdə birləşdirilmiş 33 danışıqlar fəslini əhatə edir.

Daha əvvəl “The Guardian” nəşri Avropa mənbələrinə istinadən xəbər vermişdi ki, Ukrayna danışıqların başlanması üçün tələb olunan islahatların təxminən 15 faizini həyata keçirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna    


Bizi "telegram"da izləyin