Ordu.az xəbər verir ki, bu barədə Finlandiya ordusu məlumat yayıb.
“Həftə ərzində PUA-lara qarşı mübarizə tədbirləri ilə bağlı sınaq tədbiri təşkil olunub. Tədbir çərçivəsində şirkətlər önləyici PUA-lar sahəsində texnoloji həllərini təqdim ediblər”, - deyə hərbi qurum bildirib.
Tədbirdə iştirak edən şirkətlərin tam siyahısı açıqlanmayıb və Ukrayna istehsalçılarının iştirak edib-etmədiyi məlum deyil.
Finlandiya hərbçiləri nümayiş zamanı yalnız iki önləyici PUA-nı təqdim ediblər. İlk olaraq Avropanın Destinus şirkətinə məxsus “Hornet Block 1” PUA-sı sınaqdan keçirilib.
Bu sistem 75 kilometrədək məsafə qət etmək və 1,5 kiloqram faydalı yük daşımaq imkanına malikdir. Tədbirdə həmçinin Latviyanın Origin Robotics şirkətinin “Blaze” önləyici PUA-sı nümayiş etdirilib.
Blaze sistemi 10 dəqiqədən az müddətdə buraxılışa hazır vəziyyətə gətirilə bilir və 10 kilometrdən artıq məsafədəki hədəfləri məhv etmək imkanına malikdir.
Sevinc Əliyeva
Ordu.az