Avstraliyada 19 ölkənin hərbi qüvvələrinin iştirakı ilə təlim keçiriləcək

2022/12/thumb-1672315925.jpg
Oxunub: 188     09:01     16 İyun 2026    
Avstraliya qitənin şimal hissəsində 19 ölkədən qüvvələrin və 100-dən çox təyyarənin iştirak etdiyi "Pitch Black 2026" beynəlxalq hava qüvvələri təliminə ev sahibliyi edəcək.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlər 20 iyul - 7 avqust tarixləri arasında keçiriləcək. Təlimlərdə Bruney, Birləşmiş Krallıq, Hindistan, İndoneziya, İspaniya, Kanada, Malayziya, Yeni Zelandiya, Papua Yeni Qvineya, Koreya Respublikası, Sinqapur, ABŞ, Tayland, Fici, Filippin, Finlandiya, Fransa, İsveç və Yaponiyadan olan hərbçilər iştirak edəcək.

Qeyd olunub ki, "Pitch Black" Avstraliya Kral Hərbi Hava Qüvvələrinin ən böyük beynəlxalq təlimidir. Manevrlər zamanı iştirakçılar dünyanın ən böyük hərbi təlim poliqonlarından birində döyüşə mümkün qədər yaxın şəraitdə əməliyyatlar keçirəcəklər.

Kral Hərbi Hava Qüvvələrinin sözçüsü Met Makkormak bildirib ki, birgə təlim Avstraliyanın müttəfiqləri və tərəfdaşları arasında qarşılıqlı fəaliyyət səviyyəsini artıracaq.

""Pitch Black 2026" təlimi həm Avstraliyanın, həm də regionun hazırlığı və kollektiv təhlükəsizliyi üçün vacibdir. Mürəkkəb ssenarilərdə birgə təlimlər birgə fəaliyyət göstərmək qabiliyyətimizi artırır və regional sabitliyin və təhlükəsizliyin qorunmasına sadiq olduğumuzu nümayiş etdirir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Təlim  


Bizi "telegram"da izləyin