NYT: Tramp İran münaqişəsinin nizamlanmasında göstərdiyi köməyə görə Putinə təşəkkür edib

2026/02/1770919807.jpg
Oxunub: 226     08:34     15 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki münaqişənin nizamlanması prosesində Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpinin rolunu yüksək qiymətləndirib.

Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri Tramp ilə müsahibəyə istinadən məlumat yayıb.

Qəzetin jurnalisti Devid Senger yazıb ki, ABŞ Prezidenti razılığın əldə olunmasına yardım etdiklərinə görə Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putini tərifləyib.

Məlumata görə, Tramp hər iki liderin Yaxın Şərqdə gərginliyin azaldılması istiqamətində göstərdiyi səyləri müsbət qiymətləndirib.

Eyni zamanda Ağ Evin rəhbəri İsrailin Baş naziri Benyamin Netanyahunu sərt tənqid edib. Trampın sözlərinə görə, Netanyahunun addımları əldə olunmuş razılaşmaların pozulmasına səbəb ola bilərdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Putin  


Bizi "telegram"da izləyin