Tramp: “Netanyahu heç bir lənətə gəlmiş sağlam düşüncəyə malik deyil, bunu ona demişəm”

2026/06/1781018940.jpg
Oxunub: 230     08:09     15 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp İsrailin Beyrutun cənub ətrafına endirdiyi son zərbə ilə bağlı narazılığını ifadə edib.

Ordu.az xəbər verir ki, bu barədə CNN-in jurnalisti və analitiki Barak Ravid məlumat yayıb.

Onun sözlərinə görə, Tramp telefon danışığı zamanı İranla memorandumun imzalanmasının Livandakı insidentə baxmayaraq bu gün üçün planlaşdırıldığını bildirib.

ABŞ lideri eyni zamanda İsrailin Baş naziri Benyamin Netanyahunun zərbə endirmək qərarını sərt şəkildə tənqid edib.

“Netanyahu heç bir lənətə gəlmiş sağlam düşüncəyə malik deyil. Mən bunu ona demişəm”, - deyə Tramp vurğulayıb.

Barak Ravid İsrailin Channel 12 telekanalına müsahibəsində Trampın əslində daha sərt ifadələr işlətdiyini bildirib.

Jurnalistin sözlərinə görə, ABŞ Prezidenti belə deyib: “Niyə Bibi bu zərbəni endirdi? “Hizbullah” atəş açdı və sözün əsl mənasında heç nəyə dəymədi. Heç kim xəsarət almadı. Bundan sonra isə o, məhz Beyrutda bu lənətə gəlmiş hücumu həyata keçirməyə qərar verdi. Bu, məni həqiqətən qəzəbləndirdi”.

Tramp daha əvvəl səhər saatlarında İsraili Livana zərbə endirməkdən çəkinməyə çağırmış və İranla razılaşmanın imzalanmasına “çox yaxın” olduqlarını bildirmişdi.

Ravid bildirib ki, Tramp ona bunları da deyib: “Mənə zəng edib dedilər ki, cənab prezident, İsrail Beyruta zərbə endirir. Bu, müqaviləni imzalamalı olduğumuz vaxtdan cəmi bir saat əvvəl baş verdi. Bunun baş verdiyinə inana bilmirdim. Bu, çox pisdir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Netanyahu  


Bizi "telegram"da izləyin