Pakistanın Baş naziri: "ABŞ və İran arasında razılaşma əldə edilib"

2026/04/1775618406.jpg
Oxunub: 165     01:48     15 İyun 2026    
ABŞ və İran arasında razılaşma əldə edilib və onun imzalanma mərasimi iyunun 19-da İsveçrədə keçiriləcək.

Ordu.az-ın xəbərinə görə, Pakistanın Baş naziri Şahbaz Şərif bu barədə "X" sosial şəbəkəsində məlumat verib.

O, intensiv danışıqlardan sonra tərəflərin Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında sülh barədə razılığa gəldiyini bildirib.

Şərif həmçinin rəsmi imzalanma mərasiminin cümə günü, iyunun 19-da İsveçrədə keçiriləcəyini açıqlayıb.

O, bidirib ki, tərəflər Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və birdəfəlik dayandırıldığını elan ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   ABŞ   İran  


Bizi "telegram"da izləyin