Ordu.az-ın məlumatına görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens bunu "Fox News" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, əgər İran sazişin şərtlərinə əməl etsə, bu, növbəti 50 il ərzində Yaxın Şərqi köklü şəkildə dəyişdirəcək.
Vens qeyd edib ki, saziş müharibəyə son qoya, regionun investisiya cəlbediciliyini artıra və Amerika istehlakçıları üçün enerji daşıyıcılarının qiymətlərinin aşağı düşməsinə səbəb ola bilər.
Ordu.az