Tramp: “Netanyahu İran məsələsində göstərdiyimiz səylərə görə ABŞ-yə minnətdar olmalıdır”

2026/06/1780591631.jpg
Oxunub: 286     08:28     15 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu “çətin insan” adlandırıb və onu ABŞ ilə İran arasında yekun razılaşmanı təhlükə altına salan hücumlara görə sərt tənqid edib.

Ordu.az xəbər verir ki, Tramp bu fikirləri “The New York Times” nəşrinə müsahibəsində səsləndirib.

“Netanyahu çox mürəkkəb insandır və açığını desəm, o, bizə çox minnətdar olmalıdır”, - deyə ABŞ Prezidenti bildirib.

Tramp həmçinin qeyd edib ki, əgər İranın nüvə silahı olsaydı, İsrail iki saat belə mövcudluğunu qoruya bilməzdi.

ABŞ lideri hesab edir ki, İranın nüvə silahına sahib olmaması üçün Vaşinqtonun gördüyü işlər İsrailin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Netanyahu  


Bizi "telegram"da izləyin