Tramp: "ABŞ İranın zənginləşdirilmiş uranını ələ keçirməyə tələsməyəcək"

2026/05/1778436283.jpg
Oxunub: 209     03:29     15 İyun 2026    
Amerika Prezidenti Donald Tramp bildirib ki, ABŞ İranın yüksək zənginləşdirilmiş nüvə yanacağı ehtiyatını almağa tələsməyəcək.

Ordu.az-ın məlumatına görə, o, bu barədə "The Wall Street Journal" qəzetinə müsahibəsində deyib.

"Nüvə tozu ilə daha sonra, hazır olduqda məşğul olacağıq. Deyərdim ki, növbəti bir-iki ay ərzində. Tələsməyə ehtiyac yoxdur", - Ağ Ev rəhbəri qeyd edib.

Tramp daha əvvəl ABŞ və İranın müqavilə bağladığını açıqlayıb. O, həmçinin dəniz blokadasının ləğvi əmrini verib və Hörmüz boğazında azad gəmiçiliyin bərpa olunduğunu elan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin