Köçəryanın Ofisi: Ermənistanın keçmiş prezidentinə ölkəni tərk etmək qadağan olunub

2026/06/1780404081.jpg
Oxunub: 198     00:05     15 İyun 2026    
Ermənistanın sabiq Prezidenti Robert Köçəryanın Ofisi onun ölkədən çıxışına qadağa qoyulduğunu təsdiqləyib.

Ordu.az-ın "İnterfaks"a istinadən məlumatına görə, bu barədə keçmiş prezidentin Ofisinin rəhbəri Baqrat Mikoyan bildirib.

Onun sözlərinə görə, "Zvartnots" hava limanında Köçəryana heç bir izahat verilmədən onun Ermənistanı tərk etməsinə qadağa qoyulub.

Keçmiş prezidentin ofisi daha əvvəl onun üç günlük xaricə səfər etmək planlarını açıqlayıb. Səfər şəxsi xarakter daşıyırdı və əvvəlcədən planlaşdırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin