Türkiyə XİN: ABŞ - İran razılaşmasını alqışlayırıq

2026/01/1768473609.jpg
Oxunub: 222     03:49     15 İyun 2026    
ABŞ və İran arasında müharibənin sona çatması ilə bağlı əldə edilən razılaşmanı alqışlayırıq.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "X"dəki hesabında yazıb.

Nazir qeyd edib ki, razılaşma regionda davamlı sülh və sabitliyin bərqərar olması istiqamətində mühüm addımdır: "Ümid edirik ki, yekun danışıqlar konstruktiv şəkildə davam edəcək.

Bu vacib addımı atan tərəfləri, eləcə də vasitəçilik rolunu üzərinə götürən Pakistan və Qətər başda olmaqla prosesə töhfə verən digər ölkələri təbrik edirik.

Əldə olunmuş razılaşmanın pozulmasına yönəlmiş cəhdlərin qarşısının alınması, regional sülh və təhlükəsizliyin qorunması baxımından bütün aidiyyəti ölkələrin təmkinli və məsuliyyətli mövqe nümayiş etdirməsi böyük əhəmiyyət daşıyır.

Türkiyə olaraq, Prezidentimizin rəhbərliyi altında prosesə əvvəldən böyük dəstək və töhfə vermişik. Bölgəmizdə sülhün, əmin-amanlığın və sabitliyin bərqərar olmasına dəstəyimiz fasiləsiz davam edəcək".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ABŞ   İran  


Bizi "telegram"da izləyin