Qətər ABŞ-İran razılaşmasını alqışlayıb

2026/05/1779509248.jpg
Oxunub: 206     05:18     15 İyun 2026    
Qətər ABŞ ilə İran arasında əldə edilən razılaşmanı dəstəkləyir.

Ordu.az xəbər verir ki, bu barədə Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani "X" sosial şəbəkəsində yazıb.

"Qarşıdan gələn danışıqlarda bütün tərəflərin müsbət və konstruktiv ruhda iştirakını, əldə edilən irəliləyişin möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə töhfə verməsini səbirsizliklə gözləyirik", - deyə o bildirib.

Qətərin Baş naziri həmçinin razılaşmanın əldə olunmasına verdiyi töhfəyə görə Pakistana və bütün tərəflərə minnətdarlığını bildirib.

"Biz bir daha təsdiq edirik ki, Qətər Dövləti bu səylərin və regional və beynəlxalq səviyyələrdə dialoq və dinc vasitələrlə təhlükəsizliyin və sabitliyin təmin edilməsinə töhfə verən hər şeyin güclü tərəfdarı olaraq qalacaq", - deyə o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   ABŞ   İran  


Bizi "telegram"da izləyin