Ordu.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.
Vilayəti İsrailin Beyruta endirdiyi zərbələri “səhv hesablama” adlandıraraq bunun nəticələrinin Livan sərhədlərindən çox uzaqlara gedə biləcəyini bildirib.
“Beyrutla bağlı səhv hesablama səbrimizi tükəndirib. Əmr verilib, “X” saatı yaxınlaşır. “Hizbullah” “Müqavimət Oxu”nun mühüm hissəsidir. Əgər Livandakı təxribatlar dayanmasa, Hörmüz boğazı və Bab əl-Məndəb sizin iqtisadi damarlarınıza ciddi strateji təzyiq göstərə bilər”, - deyə Vilayəti yazıb.
Bəyanat İsrailin Beyrutun cənub ətrafına endirdiyi zərbədən sonra bölgədə vəziyyətin kəskinləşdiyi bir vaxtda səsləndirilib.
Sevinc Əliyeva
Ordu.az