Quterreş BMT-nin Yaxın Şərqdə sülhə yardım etməyə hazır olduğunu bildirib

2026/05/1779511976.jpg
Oxunub: 202     07:51     15 İyun 2026    
BMT-nin baş katibi Antonio Quterreş beynəlxalq təşkilatın Yaxın Şərqdə davamlı və hərtərəfli sülhün əldə olunmasını dəstəkləməyə hazır olduğunu təsdiqləyib.

Ordu.az-ın məlumatına görə, bu barədə BMT Baş katibinin Ofisi tərəfindən ABŞ və İran arasında sülh sazişinin elan edilməsindən sonra jurnalistlər arasında paylanan bəyanatda bildirilib.

Sənəddə qeyd olunur ki, BMT davamlı və hərtərəfli sülhün əldə olunmasında tərəflərə dəstək verməyə hazırdır.

Daha əvvəl Amerika Prezidenti Donald Tramp ABŞ və İranın müqavilə bağladığını açıqlayıb. O, həmçinin dəniz blokadasının ləğvi əmrini verib və Hörmüz boğazında azad gəmiçiliyin bərpa olunduğunu elan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Quterreş   BMT  


Bizi "telegram"da izləyin