Ordu.az xəbər verir ki, bu barədə o, “CBS News”a müsahibəsində danışıb.
“Uşa ilə mütləq oturub ailəmizi gələcəkdə nə gözlədiyini müzakirə edəcəyik”, - deyə Vens bildirib.
Onun sözlərinə görə, yekun qərar 2026-cı il seçkilərinin nəticələrindən sonra veriləcək.
ABŞ-nin vitse-prezidenti vurğulayıb ki, hazırda siyasi perspektivlərə fokuslanmayıb və prezidentlik kampaniyasında iştirak məsələsini prioritet hesab etmir.
“Mən oturub prezidentliyə namizəd olub-olmayacağımı düşünmürəm”, - deyə siyasətçi qeyd edib.
Vens əlavə edib ki, ABŞ Prezidenti Donald Trampla siyasi gələcəyi ilə bağlı söhbətləri özü başlatmır, baxmayaraq ki, Tramp bəzən bu mövzunu qaldırır.
“Mən heç vaxt belə söhbətləri başlatmıram. Amma prezident bəzən bu barədə həm ictimaiyyət qarşısında, həm də şəxsi söhbətlərdə danışır. O, siyasət adamıdır və bu mövzu onu maraqlandırır”, - deyə Vens bildirib.
O, həmçinin Trampın gələcək kampaniya ilə bağlı verəcəyi istənilən qərarı dəstəkləyəcəyinə əmin olduğunu vurğulayıb.
“Mənim heç bir şübhəm yoxdur ki, ABŞ Prezidenti sonda verəcəyim istənilən qərarı dəstəkləyəcək”, - deyə o bildirib.
Vens əlavə edib ki, Trampla bu mövzudakı müzakirələr ümumi xarakter daşıyır.
“Biz bu barədə danışırıq, amma detallara varmırıq. Hər ikimiz cari məsələlərə diqqət yetirmişik”, - deyə o qeyd edib.
CBS News-un məlumatına görə, Vens Respublikaçılar Partiyası daxilində 2028-ci il seçkilərinin ən ehtimal olunan namizədlərindən biri hesab olunur. Mümkün namizədlər sırasında dövlət katibi Marko Rubio, müharibə naziri Pit Heqset, senatorlar Ted Kruz və Coş Houli, eləcə də mühafizəkar media simaları göstərilir.
Vens daha əvvəl Ohayo ştatını ABŞ Senatında təmsil edib, Dəniz Piyadaları Korpusunda xidmət keçib və Yel Universitetinin Hüquq Məktəbini bitirib. O, həmçinin “Hillbilly Elegy” memuarının müəllifi kimi tanınır və dini baxışları barədə yeni kitabını nəşrə hazırlayır.
Sevinc Əliyeva
Ordu.az