Tramp: "ABŞ regionun gəlirlərinin 20 %-i müqabilində Yaxın Şərqin keşikçisi ola bilər"

2026/01/1769008045.jpg
Oxunub: 170     06:50     15 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın nüvə proqramı ilə bağlı danışıqlar uğursuz olarsa, Vaşinqton hərbi hücumları bərpa edə və ya regiondakı rolunu yenidən nəzərdən keçirə bilər.

Ordu.az-ın məlumatına görə, o, bu barədə "The New York Times" qəzetinə müsahibəsində deyib.

Trampın sözlərinə görə, ABŞ ya güc ssenarisinə qayıda, ya da regionun gəlirlərinin bir hissəsini almaq müqabilində Yaxın Şərqin keçikçisi rolunu üzərinə götürə bilər.

O, həmçinin qeyd edib ki, belə bir halda danışıqlar prosesi pozula bilər, lakin administrasiya gələn cümə günü İsveçrədə İranın nüvə proqramı ilə bağlı yeni məsləhətləşmələr mərhələsinin keçirilməsini gözləyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin