Ordu.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vaaqn Hovakimyan bunu MSK-nın yerli telekanallar tərəfindən yayımlanan iclasında açıqlayıb.
Onun sözlərinə görə, "Vətəndaş müqaviləsi" partiyas siyahılarından 61, rus icmasının nümayəndəsi də daxil olmaqla, milli azlıqların nümayəndələrindən isə əlavə üç mandat alıb.
"Güclü Ermənistan" bloku 28 mandat və milli azlığın nümayəndəsindən bir, "Ermənistan" bloku isə 12 yer alıb.
Beləliklə, hakim partiya hökuməti təkbaşına formalaşdırmaq və Konstitusiya qanunları qəbul etmək qabiliyyətinə malikdir, lakin 2/3-dən ibarət ixtisaslı çoxluğa malik deyil.
Ordu.az