Tramp ABŞ-İran sazişini və dəniz blokadasının ləğv olunduğunu elan edib

2026/06/1781065686.jpg
Oxunub: 211     02:08     15 İyun 2026    
Amerika Prezidenti Donald Tramp ABŞ və İranın müqavilə bağladığını açıqlayıb.

Ordu.az-ın məlumatına görə, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"İran İslam Respublikası ilə saziş bağlandı. Hamını təbrik edirəm", - Tramp bildirib.

O, həmçinin dəniz blokadasının ləğvi əmrini verib və Hörmüz boğazında azad gəmiçiliyin bərpa olunduğunu elan edib.

"Mən indi Hörmüz boğazının sərbəst keçid üçün tam açılmasına və eyni zamanda ABŞ tərəfindən dəniz blokadasının dərhal ləğvinə icazə verirəm", - ABŞ Prezidenti qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin