Tramp İranla danışıqların iflasa uğrayacağı halda ABŞ-nin hansı addımları ata biləcəyini açıqlayıb

2026/06/1780723671.jpg
Oxunub: 216     08:26     15 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı danışıqların nəticəsiz qalacağı təqdirdə Vaşinqtonun qarşısında iki mümkün ssenarinin olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Vaşinqton və Tehran arasında nüvə proqramı üzrə yekun razılıq əldə olunmasa, ABŞ İran əleyhinə hərbi zərbələri yenidən başlada bilər.

Trampın sözlərinə görə, digər variant ABŞ-nin “Yaxın Şərqin qoruyucusu” rolunu öz üzərinə götürməsi və bunun müqabilində region gəlirlərinin 20 faizini əldə etməsi ola bilər.

Nəşr qeyd edir ki, ABŞ Prezidentinin köməkçiləri İranın nüvə proqramı ilə bağlı danışıqların yeni mərhələsinin cümə günü İsveçrədə başlayacağını gözləyirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin