TDT-nin Baş katibi: "Qurtuluş Günü milli birliyin rəmzi kimi böyük əhəmiyyət daşıyır"

2025/07/40533-1751617234.jpg
Oxunub: 150     11:10     15 İyun 2026    
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib.

Ordu.az xəbər verir ki, bu barədə Baş katib "X" hesabında paylaşım edib:

"15 İyun – Azərbaycan Respublikasının Milli Qurtuluş Günü münasibətilə qardaş Azərbaycan xalqını və hökumətini səmimi qəlbdən təbrik edir, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edirəm. Bu əlamətdar gün milli birliyin, möhkəmliyin, eləcə də ölkənin davamlı inkişaf və tərəqqi yolunun rəmzi kimi böyük əhəmiyyət daşıyır", - deyə təbrik paylaşımında qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TDT   Qurtuluş-Günü  


Bizi "telegram"da izləyin