Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqda keçirilən Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin Şurasının iclası formatında təşkil olunan müzakirədə iştirak edir.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik tərəfindən yayılan açıqlamada qeyd olunub ki, Mirzoyan Avropa İttifaqına üzv dövlətlərin xarici siyasət rəhbərlərinin iştirakı ilə keçirilən müzakirələrə qatılıb.
Ermənistan XİN tədbirlə bağlı videogörüntülər də yayıb.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Mirzoyan
Ermənistan