“NATO ölkələri Rusiyanın strateji məğlubiyyətə uğradılması vəzifəsinin mümkün olmadığını anlayıblar” - Putin

2026/06/1781283094.jpg
Oxunub: 219     20:46     12 İyun 2026    
“NATO ölkələri artıq Rusiyanın strateji məğlubiyyətə uğradılması vəzifəsinin həyata keçirilməsinin mümkün olmadığını anlayıblar”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

Putinin sözlərinə görə, Rusiya yalnız rəqiblərinin çağırışlarına cavab verməməli, həm də onlardan bir addım öndə olmalıdır.

O qeyd edib ki, NATO ölkələri Rusiyaya qarşı müharibəyə başlayıblar və bu proses Ukraynada baş vermiş dövlət çevrilişi ilə start götürüb.

“İstisnasız olaraq NATO-nun bütün üzvləri səylərini artırır və Rusiyaya qarşı bu düşmən fəaliyyətləri təşkil etmək üçün əllərindən gələni edirlər ki, onların fikrincə, Rusiyaya qarşı başladılmış müharibə qələbə ilə başa çatsın. Müharibəni məhz onlar başlayıblar. Mən bunu daim deyirəm, lakin bir daha təkrar etmək istəyirəm: biz xüsusi hərbi əməliyyata başlamaqla hərbi əməliyyatlara başlamadıq. Xeyr. Ukraynada dövlət çevrilişini onlar təşkil etdilər və bu da sonradan bizi Krım əhalisini qorumağa məcbur etdi. Daha sonra isə müharibə başladı”, - deyə Putin bildirib.

Rusiya Prezidenti əlavə edib ki, Moskva Donbasdakı münaqişənin sülh yolu ilə həllini səkkiz il gözləyib və nəticədə oradakı əhalini silah gücü ilə müdafiə etməyə məcbur olub.

Putin vurğulayıb ki, Rusiya Ukrayna münaqişəsinin həlli üzrə danışıqlara başlamağa hazırdır, lakin bu proses ölkənin milli maraqları nəzərə alınmaqla aparılmalıdır.

“Biz danışıqlara razıyıq, lakin yalnız milli maraqlarımız nəzərə alınmaqla. Söhbət təkcə bugünkü deyil, uzunmüddətli və tarixi əhəmiyyət daşıyan maraqlardan gedir”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   NATO   Rusiya  


Bizi "telegram"da izləyin