"Milli birlik İrana qarşı planların qarşısını almaqda həlledici rol oynadı" - Pezeşkian

2026/04/1777555387.jpg
Oxunub: 181     20:22     12 İyun 2026    
Milli birlik və həmrəylik İrana qarşı məkrli planların qarşısını almaqda həlledici rol oynadı.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian bunu Tehranda keçirilən İran Tibb Elmləri Akademiyasının Baş Assambleyasında çıxış edərkən deyib.

Pezeşkian bildirib ki, İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneiyə, yüksək rütbəli hərbi komandirlərə, elm adamlarına və İranın elmi potensialına edilən hücumlar düşmənlərin İranın tərəqqisinə və inkişafına mane olmaq səylərini əks etdirir.

İran Prezidenti vurğulayıb ki, İran xalqı xarici təzyiq və təhdidlərə baxmayaraq, ölkənin müstəqilliyini, milli ləyaqətini və ərazi bütövlüyünü müdafiə etməyə davam edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pezeşkian   İran  


Bizi "telegram"da izləyin