Netanyahu: “Baş nazir olduğum müddətdə İran nüvə silahına sahib olmayacaq”

2026/06/1781270775.jpg
Oxunub: 243     17:28     12 İyun 2026    
İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini bir daha bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Netanyahunun açıqlaması ABŞ və İran arasında davam edən danışıqlar və ABŞ Prezidenti Donald Trampın mümkün razılaşma ilə bağlı nikbin bəyanatları fonunda səsləndirilib.

“İsrailin baş naziri olduğum müddətdə İran nüvə silahına sahib olmayacaq”, - deyə Netanyahu ofisinin yaydığı bəyanatda bildirib.

İsrail hökumət başçısı qeyd edib ki, bu məsələdə onunla Donald Tramp arasında tam qarşılıqlı anlaşma mövcuddur.

“Prezident Trampla mənim aramda bu mövzuda tam razılıq var”, - deyə o vurğulayıb.

Netanyahu həmçinin bildirib ki, 30 ildən artıq müddətdir İranın nüvə proqramına qarşı beynəlxalq mübarizə aparır.

Onun sözlərinə görə, əgər bu fəaliyyət olmasaydı, İran artıq çoxdan İsraili məhv etmək məqsədilə nüvə bombalarına sahib olardı.

Baş nazir əlavə edib ki, Tehran hələ də yəhudi dövlətini məhv etməyə çalışır və bunun qarşısını almaq onun əsas vəzifələrindən biridir.

“İran yəhudi dövlətini məhv etmək istiqamətində çalışır və mən həyatımı bunun qarşısını almağa həsr etmişəm. Mən baş nazir olduğum müddətdə bu baş verməyəcək”, - deyə Netanyahu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İsrail  


Bizi "telegram"da izləyin